Modern.az

CASCFEN-ə yeni üzvlər qəbul edilib

CASCFEN-ə yeni üzvlər qəbul edilib

14 Yanvar 2013, 17:32

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) 13 yanvar 2013-cü il tarixində keçirilən İdarə Heyətinin toplantısında mühüm qərarlar qəbul edib.

Qurumdan verilən xəbərə görə, təşkilat yanvarın 12-də Bakıda “Əsgər ölümünə son!” şüarı altında keçirilən aksiyada jurnalistlərə qarşı polislərin davranışlarını da müzakirə edib. Məsələ ilə bağlı hadisə yerində müşahidə aparanCASCFEN sədrinin müavinləri Nadir Azəri və Rey Kərimoğlunun məlumatı dinlənilib. Qeyd edilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları bu tədbir zamanı media təmsilçilərinə qarşı hər hansı qanun pozuntusuna yol verməyib, əksinə, jurnalistlərə qarşı daha nəzakətli davranışları ilə seçiliblər. İH üzvləri bu halı müsbət dəyərləndirərək polisin gələcəkdə də belə davranmasını arzu etdiklərini deyiblər.

Toplantıda müzakirə edilən məsələlər sırasında CASCFEN-in 10 illik yubileyinin keçirilməsi, “Onlayn etika – Netiket” layihəsinin icrası, həmçinin “Mədəniyyətə və incəsənətə dəstək” kampaniyasının təşkil edilməsi də olub.

CASCFEN İH qurumun bu il martın 20-nə təsadüf edən 10 illik yubileyinə hazırlıq üzrə təşkilat komitəsi formalaşdırıb. Komitəyə Azər Həsrət, Nadir Azəri, CASCFEN Məclisinin sədri Aqil Camal və katibi Əfsanə Ələsgərli, həmçinin Nəzarət-Təftiş Komissiyasının sədri Sevda Əsgər daxil olub.

İH daha öncə təxirə salınmış “Onlayn etika – Netiket” layihəsinin icrasına mart ayında başlamaq qərarına gəlib.

“Mədəniyyətə və incəsənətə dəstək” kampaniyasına gəlincə, CASCFEN-dən bildiriblər ki, bundan əsas məqsəd ölkədə bu sahənin populyarlığının qorunub saxlanması üçün ictimai rəyə təsir etməkdir. Qurumdan onu da əlavə ediblər ki, Bakı Uşaq Teatrı ilə birlikdə artıq bu yöndə ilk addımlar atılmaqdadır.

İH həm də quruma yeni üzvlərin qəbulunu gerçəkləşdirib. “Turan” İnformasiya Agentliyinin reaktoru İlham Şaban, “Olaylar” qəzeti baş redaktorunun müavini Elman Cəfərli, “Alyans” İctimai Birliyinin sədri Mənsurə Rəsulzadə, “S Group” Reklam və Dizayn Mərkəzi İnformasiya Xidmətinin rəhbəri Aslan Əlişahoğlu, müstəqil jurnalist, Azərbaycan Kukla Teatrının baş inzibatçısı Səidə Haqverdi CASCFEN üzvlüyünə qəbul ediliblər.

Toplantıya CASCFEN sədri Azər Həsrətsədr müavinləri Rey Kərimoğlu və Nadir AzəriİH üzvləri Elşad Paşasoy, Lalə Musaqızı, Nüşabə Hüseynli, Səhər Əhməd, Qalib İbrahimoğlu qatılıb. CASCFEN Məclisinin sədri Aqil Camal, katibi Əfsanə Ələsgərli, həmçinin NTK sədri Sevda Əsgər və üzvü Habil Yaşar toplantıda müşahidəçi qismində iştirak edib.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir