Modern.az

Lukaşenko Putinlə görüşə getdi

Lukaşenko Putinlə görüşə getdi

Dünya

18 Fevral 2022, 10:35

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya rəsmi səfərə gedib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

 

Səfər zamanı Belarus lideri Moskvada rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq.

 

Tərəflər görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrin inkişafını, regionda təhlükəsizlik və milli maraqların təmin edilməsi üzrə birgə fəaliyyətləri, beynəlxalq məsələləri və digər mövzuları müzakirə edəcəklər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat