Modern.az

Jurnalist Ülkər Abdullayeva mükafat alıb

Jurnalist Ülkər Abdullayeva mükafat alıb

14 Yanvar 2013, 20:51

AzVision.az saytının "Azərbaycana Baxış" facebook qrupu ilə birgə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirdiyi müsabiqənin baş mükafatı – “AzPad” planşeti sahibinə təqdim edilib. “Qadın Liderliyi Uğrunda” İctimai Birliyin sədri, Demokratik İslahatlar Partiyasının mətbuat xidmətinin rəhbəri və Azərbaycanın istedadlı yazarlarından biri Ülkər Abdullayeva sözügedən müsabiqənin qalibi olub.
Onun yazdığı “Hərəmizdə Azərbaycanı hiss edən bir ürək var, ürəklərimizi birləşdirək” şüarı səslərin 63.2%-ni toplayaraq 1-ci yerə layiq görülüb. Mükafatı azvision.az saytının baş redaktoru Vüsal Məmmədov  "Azərbaycana Baxış" FB Qrupunun adminləri Sənan Nəcəfov və Niyaməddin Orduxanlının iştirakı ilə təqdim edib.
Xatırladaq ki, müsabiqə 3 turda keçirilib. İlk turda təşkilatçılardan ibarət münsiflər heyəti  çoxsaylı şüarların arasından 10 şüarı seçərək “Azərbaycana baxış” FB Qrupunda səsverməyə çıxarıb. Bunların arasından 3 ən çox səs toplamış şüar azvision.az saytının sorğu bölümündə səsverməyə qoyulub və Ülkər Abdullayevanın şüarı səslərin əksəriyyətini toplayıb.

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi