Modern.az

“Azərsu” Xırdalanda əsas problemin həllinə başlayıb

“Azərsu” Xırdalanda əsas problemin həllinə başlayıb

Təhsil

15 Yanvar 2013, 08:25

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Tədbirlər planına uyğun olaraq,  Bakı şəhəri ilə yanaşı, digər şəhər və rayonlarda da su təchizatı və kanalizasiya layihələri həyata keçirilir.

“Azərsu”yun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, 2012-ci ilin noyabrından Abşeron rayonu Xırdalan şəhərinin kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlanıb. Xırdalan şəhəri Heydər Əliyev prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar  prospekt boyunca çirkab su və yağış suları kollektorlarının çəkilməsi işləri həyata keçirilir. Layihəyə uyğun olaraq prospekt boyunca 400 mm diametrli polietilen borularla  2,5 km uzunluğunda kanalizasiya xətti çəkilir. Bununla paralel 1000 mm diametrli dəmir-beton borularla 2,5 km yağış suları kollektoru tikilir. Artıq hər iki xəttin 1,6 km-lik hissəsində inşaat işləri yekunlaşıb. Layihə çərçivəsində ərazidə toplanan yağış sularının axıdılması üçün 45 ədəd yağış barmaqlığının  quraşdırılması və 3 yerdə diametri 250 mm olan kanalizasiya birləşmələrinin aparılması  nəzərdə tutulur. Kanalizasiya və yağış suları kollektorları istismara verildikdən sonra ərazidə toplanan yağış suları tullantı sularına qarışmadan ayrı-ayrı kollektorlara axıdılacaq. Hazırda Xırdalan şəhərində toplanan çirkab suları təmizlənmək üçün Hövsan Aerasiya Stansiyasına ötürülür.  Gələcəkdə Xırdalan şəhəri, eləcə də Masazır qəsəbəsində toplanan çirkab suları  hazırda Lökbatan qəsəbəsi yaxınlığında inşa edilən və sutkalıq məhsuldarlığı  200 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcək. Çirkab suların bu qurğuya özüaxımlı rejimdə ötürülməsini təmin etmək üçün Xırdalan şəhərindən Xocasən qəsəbəsinədək 7 km uzunluğunda tunel tipli kollektor tikiləcək. 

Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması isə Azərbaycan hökuməti ilə Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi layihə çərçivəsində həyata keçiriləcək. 2013-cü ildə icrasına  başlanacaq layihə nəticəsində Xırdalan şəhərində 100 mindən çox sakinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.


Modern.az

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir