Modern.az

Ötən ay Bakı-Tbilisi-Ceyhanla nə qədər neft daşınıb?

Ötən ay Bakı-Tbilisi-Ceyhanla nə qədər neft daşınıb?

İqtisadiyyat

18 Fevral 2022, 22:56

Cari ilin yanvarında magistral neft kəmərləri ilə 2 milyon 980,7 min ton neft nəql edilib.

 

Dövlət Statistika Komitəsindən Modern.az-a bildirilib ki, nəqletmənin 77,2 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib. Cari ilin yanvar ayı ərzində bu kəmər vasitəsilə 2 milyon 299,9 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 430,1 min ton tranzit nefti də nəql edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat