Modern.az

İvanişvili Ermənistandadır – FOTO

İvanişvili Ermənistandadır – FOTO

17 Yanvar 2013, 11:20

Gürcüstanın baş naziri Bidzina İvanişvilinin Ermənistana səfəri başlayıb. Modern.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumatına görə, İvanişvili artıq bir neçə saat bundan öncə Ermənistana yola düşüb. SƏfər zaman gürcü baş nazir ermənistanlı həmkarı Tiqran Sərkisyanla görüşüb. Hələlik görüşlə bağlı rəsmi məlumat açıqlanmır. Gün ərzində Bidzina İvanişvili Ermənistan prezidenti Serj Sərkisyan, dünya ermenilerinin katolikosu II Qaregin və digər rəsmilərlə görüş keçirəcək.

Hazırda İvanişvilinin səfəri davam edir.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?