Modern.az

Kiyevdə Rusiyanın daha bir təyyarəsi VURULDU

Kiyevdə Rusiyanın daha bir təyyarəsi VURULDU

Dünya

25 Fevral 2022, 09:56

Ukraynadakı hərbi əməliyyatların ikinci günündə Rusiyanın daha bir hərbi təyyarəsi vurulub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, Rusiya fevralın 25-də səhər saatlarında yenidən Ukrayna ərazisini bombalayıb. Məlumata görə, Ukraynanın paytaxtı Kiyevdə yaşayış yerlərinə yaxın ərazidə Rusiyanın hərbi təyyarəsi vurulub.

 

Nazirlik bildirib ki, təyyarə yaşayış yerlərinə düşərək binalara zərər vurub.

 

Xatırladaq ki, fevralın 24-də Ukrayna səmasında Rusiyanın 6 hərbi təyyarəsinin vurulduğuna dair məlumat yayılmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat