Modern.az

“Orta məktəbdə "2" alanlar universitetlərə qəbul olunur-AZƏRBAYCANDA

“Orta məktəbdə "2" alanlar universitetlərə qəbul olunur-AZƏRBAYCANDA

18 Yanvar 2013, 11:00

2011-2012-ci ilin ali məktəblərə qəbul planında qəbul balları müvafiq olaraq 50 və 100 bal aşağı salındı. Bu hal cəmiyyətdə heç də yaxşı qarşılanmadı. Nəticədə plan yerlərinin doldurulması üçün atılan bu addımla bilik səviyyəsi aşağı olan abituriyentlər ali və orta ixtisas məktəblərinə daxil oldular. Bu isə təhsilin keyfiyyətinə heçdə yaxşı hal kimi qəbul olunmur. İctimai fikir hələ də bu sualı düşünür: keçid ballarının endirilməsi Azərbaycanda ali təhsilin səviyyəsinə necə təsir göstərəcək?

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Modern.az-a açıqlamasında bidirib ki, 50 və 100 balla ali məktəbə qəbul olunan abituriyentlər əsasən özəl ali təhsil müəssisələrinə və regional ali təhsil məktəblərinə ödənişli əsaslarla olan ixtisaslara qəbul olublar.
“Sözsüz ki, biz arzu edərdik daha yuxarı ballarla qəbul olsunlar. Amma nəticənin aşağı olmasının məcburiyyəti qarşısında qalıb TQDK bu addımı atıb. Bu, plan yerlərini doldurmaq kimi nəzərdə tutulmur”.

Təhsil eksperti Etibar Əliyevin sözlərinə görə, TQDK-nın keçirdiyi imtahanlarda 700 balın maksimal bal sayılır və bu, ənənəvi sistemdə 5 bal deməkdir. Ekspert bildirib ki, həmin balın yarısı (350) 2.5 olduğu halda, 150 balın ənənəvi qiymətləndirmədə yeri 1.2 və yaxud 2-yə yaxın bir qiymətdir.
“150 bal toplayan abituriyent adi xətt və kvadrat tənliyini həll, cümlə təhlil edə, Nyuton qanunlarını bilməyən və s. orta məktəb məzunlarıdır. Əslində burada ən mühüm məqamlardan biri Nazirlər Kabinetinin müəyyənləşdirdiyi yerlərin doldurulmasıdır. Nazirlər Kabineti konkret olaraq hər ali məktəb üçün qəbul planı müəyyənləşdirir. TQDK bu prosesdən sonra o yerlərin doldurulmasına çalışmalıdır. Nəticə etibarilə də ballar 250-dən 200 və 150-yə salınır ki, həmin yerlər mütləq dolsun. Başqa bir tərəfdən, həmin tələbələr yüksək bal toplayan tələbələrlə bir qrupda oxuyurlar. Bunun təhsilin keyfiyyətinə mənfi təsiri olur”.

Ekspert bütün qərb ölkələrində olduğu kimi bizim ölkədə də plan məsələsi yığışdırılmalı olduğunu deyib. E. Əliyev bildirib ki, ali məktəblər konkret bal müəyyən etməlidirlər.
“Konkret ali məktəblər bal müəyyən etməlidirlər ki, tutaq ki, 250 baldan yuxarı abituriyentlər qəbul ola bilərlər. Yerlər boş qalarsa, əlbəttə, bu, həmin ali məktəbin imici ilə bağlı olar. Bir çox universitetin imicindən asılı olaraq oraya üz tutmurlar və yerlər boş qalır. Başqa tərəfdən, yerlərin boş qalması kütləvi müəllim ixtisarına gətirib çıxara bilər. Çünki həmin tələbələr ödənişli ali təhsil alırlar. Əgər bunlar olmasa, professor-müəllim heyəti tərkibində ciddi ixtisarlar başlayacaq. Bu da şübhəsiz ki, narazılıqlara gətirib çıxaracaq. Biz belə bir çıxılmaz vəziyyətdə qalmışıq. Aşağı balla ali məktəbə daxil olanların yaxşı mütəxəssis kimi yetişməsinə inanmıram. Təhsil Nazirliyi və universitetlər çıxış yollarını axtarmalıdırlar. Əgər ali məktəblər xarici ölkələrdəki kimi vəsait qazanmaq imkanına malik olsaydılar, tələbə vəsaitinə göz dikməsəydilər, aşağı balların öz nüfuzlarına xələl gətirdiyini deyərdilər. Məsələn, Amerikada Texnologiya Universitetinin büdcəsi Azərbaycanın büdcəsi qədərdir. Amma orada cəmi 4000 tələbə oxuyur. Şübhəsiz ki, tələbələrin təhsil haqqı ödənişləri bu universitetin büdcəsinin 5%-ini də təşkil etmir”.

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər