Modern.az

Tibb Universitetinin rektorundan Qənirə Paşayevaya dəstək

Tibb Universitetinin rektorundan Qənirə Paşayevaya dəstək

18 Yanvar 2013, 11:25

Azərbaycan Dövlət Tibb Universitetinin rektoru, millət vəkili Əhliman Əmiraslanov deputat həmkarı Qənirə Paşayevanın bədən orqanlarının transplantasiya olunması ilə bağlı yazdığı vəsiyyətnaməyə münasibət bildirib. Rektor Modern.az saytına açıqlamasında deyib ki, Qənirə Paşayevanın atdığı addımı normal qarşılayır:

“Dünyanın inkişaf etmiş ölkələrində bu, artıq adi bir hala çevrilib. Biz bilmirik nə qədər yaşayacağıq. İnsan elə bir vəziyyətə düşə bilər, elə bil şərait yarana bilər ki, onda beyin ölümü olsun, amma başqa orqanlar fəaliyyət göstərə bilsin. Amerikada, Avropanın əksər ölkələrində belə hallar artıq təşəkkül tapıb. Əlbəttə, Qənirə Paşayevanın atdığı bu addım normal addımdır. Mənə elə gəlir ki, bunu gələcəkdə çoxlarımız etməliyik. Əgər bir insanın orqanı başqa bir insanda yaşayırsa, onun özünü xilas etmək mümkün deyilsə, burda pis nə var?! Digər bir insana həyat verirsən. Bu çox yaxşı bir haldır. Mənə elə gəlir ki, o insanın qohumları üçün də yaxşı  olar ki, onun qohumunun ürəyi, böyrəyi başqa bir insanda yaşayar”, – deyə Ə. Əmiraslanov qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl deputat Qənirə Paşayeva bir özünün bədən orqanlarının transplantasiya olunmasına razılıq verərək vəsiyyətnamə yazıb.

Nihadə Eyyubova

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı