Modern.az

Putin Zelenski ilə danışıqlara hazır olduğunu bildirdi

Putin Zelenski ilə danışıqlara hazır olduğunu bildirdi

Dünya

25 Fevral 2022, 16:20

Bu gün Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin arasında telefon danışığı olub.


Modern.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Çin lideri  Rusiya ilə Ukrayna arasında münasibətlərin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu bildirib.

Putin Kiyevlə yüksək səviyyədə ünsiyyət qurmağa hazır olduğunu təsdiqləyib.


Qeyd edək ki, bir neçə saat öncə Ukrayna prezidenti Vladimir Zelenski Rusiya liderini “insanların ölümünü dayandırmaq üçün danışıqlar masasına oturmağa” dəvət edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat