Modern.az

İvanişvili Hovik Abrahamyanla niyə görüşmədi?

İvanişvili Hovik Abrahamyanla niyə görüşmədi?

18 Yanvar 2013, 15:03

Gürcüstanın baş naziri Bidzina İvanişvili yanvarın 17-də Ermənistana səfəri zamanı Ermənistan prezidenti Serj Sərkisyan, baş nazir Tiqran Sərkisyan, həmçinin Ümumerməni katalikosu II Qareginlə görüşüb. Diqqətçəkən odur ki, İvanişvili Ermənistan Milli Məclisinin sədri Hovik Abrahamyanla görüşməyib.

“Araçin lratvakan” agentliyinin  məlumatına görə baş nazir əvvəlcədən parlament rəhbəri ilə görüşməkdən imtina edib. Milli Məclisdə bu gün gəzən söhbətlərə görə, Gürcüstan baş naziri Hovik Abrahamyandan və bir sıra cavaxetiyalı erməni deputatlardan olduqca narazıdır və öz narazılığını Ermənistan rəhbərliyinə də bildirib.

Deyilənə görə H.Abrahamyan öz təsiri altında olan cavaxetiyalı erməni deputat Vartan Ayvazyan vasitəsilə Cavaxetiyada bəzi işlər həyata keçirir. Bundan başqa, Ayvazyan özü də Gürcüstanda iri biznes fəaliyyəti ilə məşğuldur və Gürcüstanın keçmiş rəsmiləri, o cümlədən keçmiş baş naziri ilə əlbir olaraq “kölgə iqtisadiyyatı” ilə məşğul olub..
Xatırladaq ki, Ayvazyanın Gürcüstan prezidenti Mixail Sahakaşvili ilə də bəzi əlaqələri var və keçən ilin payızında ölkədə keçirilən parlament seçkiləri zamanı Cavaxetiyalı seçicilərdən onun xeyrinə səs verməyə çağırmışdı.

İndi isə Gürcüstanın yeni baş naziri Abrahamyan və Ayvazyanın bu fəaliyyətindən (keçmiş hökümətlə olan münasibətlərindən) narazı olaraq  Ermənistana etdiyi səfər zamanı açıq – aşkar Ermənistan Milli Məclisinin sədri ilə görüşməkdən imtina edib.

İsmayıl Tanrıverdi
BDU-nun Erməni araşdırmaları ETL – nin rəhbəri
 
Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər