Modern.az

ABŞ Putin, Lavrov və Şoyquya sanksiyalar tətbiq etdi

ABŞ Putin, Lavrov və Şoyquya sanksiyalar tətbiq etdi

Dünya

26 Fevral 2022, 05:50

ABŞ-ın Maliyyə Nazirliyi Ukraynadakı vəziyyətə görə Rusiya Prezidenti Vladimir Putin və ölkənin xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə nazirlik rəsmi açıqlama yayıb.

 

Bildirilib ki, ABŞ Rusiyanın Ukraynaya əsassız hücumuna Prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq etməklə cavab verməyə davam etdi.

 

Bundan əlavə, ABŞ Dövlət Departamenti Ukraynada baş verən hadisələrlə əlaqədar Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimova qarşı sanksiyalar tətbiq edib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat