Modern.az

Yaxşı hekayəni necə yazmalı? - Nobel ödüllü yazıçıdan ustad dərsləri

Yaxşı hekayəni necə yazmalı? - Nobel ödüllü yazıçıdan ustad dərsləri

Ədəbi̇yyat

19 Yanvar 2013, 11:34

Modern.az sizlərə 1962-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş məşhur Amerika yazıçısı Con Steynbekin yazıçı olmaq istəyənlərə və yeni başlayanlara məsləhətlərini çatdırır.

“Sevgili yazıçı dostum.

Stanforddaki hekayə yazma kursuna qatılmağımın üstündən çox uzun zaman keçməsinə baxmayaraq, o zamankı təcrübəmlə çox yaxşı xatırlayıram. Gözlərim parlayırdı və gözəl hekayə yazmağın gizli düsturunu öyrənmək üçün özümü hazırlamışdım. Bu yanılma çox qısa sürdü.  Bizə deyilənə görə yaxşı bir hekayə yazmaq üçün yalnız bir yol var idi: o da yaxşı bir hekayə yazmaq. Hekayənin necə yazıldığını görmənin xaricində, yaxşı bir hekayə yazmaq ancaq yazıldıqdan sonra aydın ola bilər. Bizə söylədiklərinə görə hekayə yazmaq ən çətin bir məsələ idi. Bu iddialarına isbat olaraq da dünyada çox az gözəl hekayə olmasını göstərirdilər.

Bizə deyilən ilk qayda çox sadə idi: Təsir edici bir hekayə, yazardan oxucuya bir şeylər ötürməli və bu ötürmələr hekayənin mükəmməllik ölçüsü olmalı idi. Bunun xaricində  bir qayda yox idi. Bir hekayə təsir edici olduğu müddətcə hər hansı bir şey haqqında ola bilər və hər hansı bir texnikası ya da mənası ola bilər. Bu qaydanın bir alt başlığı olaraq, bir yazarın nə demək istədiyini yəni nə haqqında danışdığını bilməsi vacibdir. Nümunə olaraq, hekayəmizin özünü bir cümləyə qədər  azaltmağa  çalışarkən, onu üç-altı ya da 10 min sözə qədər genişləndirəcək  qədər yaxşı bilməliyik.

Hekayə yazmağın gizli düsturu, gizli məzmunu budur. Bundan çoxu yox idi, biz yazıçılıq yolunda artıq təklənmişdik. Bəzi pis hekayələrin içinə artırmalıydıq. Əgər mükəmməlliyin bütün sirlərini kəşf etsəydim, mənim səylərimə verilən qiymətlər mənə həqiqəti göstərərdi. Məktəb vaxtı yazdığım hekayələr uzun müddət nəşriyyatlardan rədd edildi.

Bu ədalətli görünmürdü. Yaxşı hekayə oxuya bilirdim, hətta onun necə yazıldığını bilirdim. Bəs nə üçün mən özüm belə bir hekayə yaza bilmirdin? Bəlkə də iki hekayəni bir-birinə bənzəməyə cəsarət edə bilmədiyim üçün oxuduğum gözəl hekayə kimi bir hekayə yaza bilmirdim. İllər keçdikcə, bir çox mükəmməl hekayə yazdım. Lakin onların necə yazıldığını hələ də bilmirəm. 

Əgər hekayə yazmaqda bir tilsim varsa, və mən bu tilsimin var olduğuna inansam belə heç kəs bunu nəsildən nəslə köçürəcək bir resept halına gətirə bilməz. Düstur, yalnız yazarın əhəmiyyətli nəsə tapdığı şeyləri oxucuya çatdırma formasında gizlənir. Əgər yazar bu impulsa sahibdirsə, bunu çatdıracaq bir yol tapar. Bir hekayəni yaxşı edən mükəmməlliyi ya da bir hekayəni pis edən səhvləri dəqiqləşdirməliyik. Əslində pis hekayə dediyimiz, təsirsiz olan hekayədir.

Yazdıqdan sonra bir hekayəni qiymətləndirmək çox çətin deyil, lakin illər keçsə də bir hekayəyə başlamaq məni ölüm fikri qədər qorxudar. Qorxmadığını deyən   yazar  xoşbəxtdir, lakin orta səviyyəli bir yazar olmasının  və yaxşı bir hekayə yazmaqdan çox uzaqda olduğunun fərqində deyil.

Mənə deyilən tövsiyələrin bir azını xatırlayıram. Bu tövsiyələr, həddindən artıq həyəcanlı və gənclik illərinin coşqunluğunu hiss etdiyim və bütün dünyanın yazar olmağa çalışdığına inandığım zamanlardaydı.

Mənə deyilən şey: “yaxşı bir hekayə yazmaq çox uzun zaman alacaq və heç pul qazanmayacaqsan, Avropaya getməyin sənin üçün daha yaxşı ola bilər”.

“Nə üçün?” – dedim,

“Çünki Avropada kasıblıq şanssızlıqdır, lakin Amerikada kasıblıq utancverici bir şeydir. Kasıblığın utancına dözüb dözə bilməyəcəyini fikirləşirəm”.

Depressiyaya girmək çox uzun zaman almadı. O zaman hər kəs kasıb idi və çox da utanılacaq bir şey deyildi. Və kasıblığa dözüb qatlanmağımı əsla bilməyəcəyəm. Lakin müəllimimin bir mövzuda haqlı olduğuna əminəm. Yazıçı olmaq həqiqətən çox uzun zaman aldı. Və hələ davam edir, və yazar olmaq əsla daha asan ola bilməz.

Hazırladı: Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir