Modern.az

Barak Obama ikinci dəfə and içdi

Barak Obama ikinci dəfə and içdi

20 Yanvar 2013, 22:20


ABŞ-da keçirilmiş seçkilərdə ikinci dəfə prezident seçilən Barak Obama bu gün Ağ Evdə rəsmən and içərək, ikinci dönəm vəzifəsinə başlayib.

ABŞ konstitusiyasına əsasən prezidentlər yanvar ayının 20-də and içməlidir. Bu il tarix bazar gününə təsadüf etdiyi üçün ənənəvi ictimai mərasim yanvar ayının 21-i keçiriləcək. Amerikanın 44-cü prezidenti ABŞ-ın baş hakimi Con Roberts qarşısında, birinci xanım Mişel Obamanın ailəsinə məxsus İncil üzərində and içib.

”Amerikanın səsi” bildirib ki, sabahkı mərasimin keçən dəfə ilə müqayisədə o qədər də möhtəşəm olacağı gözlənilmir. Obamanın ilk andiçmə mərasimnə 2009-cu ildə 2 milyona yaxın insan toplaşmışdı. Bu il iştirakçıların sayının 800 min nəfər olacağı təxmin edilir.  

Obama sabah iki tarixi “İncil”(19-cu əsrdə Abraham Linkolna məxsus, digəri isə 1968-ci ildə sui-qəsdin qurbanı olan vətəndaş hüquqları müdafiəçisi Martin Lüter Kinqin “İncil”i) üzərində and içəcək.

Ənənəvi müraciətindən sonra ABŞ dövlət başçısı inaqurasiya paradına qatılacaq, onun şərəfinə təşkil edilən iki rəsmi balda iştirak edəcək.

Yanvarın 20-də ABŞ-ın vitse-prezidenti Co Bayden də Vaşinqtondakı iqamətgahında and içərək ikinci dönəm vəzifəsinə başlayıb

Co Bayden 120 nəfərə yaxın qonaq və dostlarına onunla bu anı bölüşdüklərinə görə təşəkkürünü bildirib.

Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir