Modern.az

Aqrar sahə ilə əlaqədar qanunvericilik bazası təkmilləşdiriləcək

Aqrar sahə ilə əlaqədar qanunvericilik bazası təkmilləşdiriləcək

16 Sentyabr 2009, 20:14

Milli Məclisin yaz və növbədənkənar sessiyaları dövründə aqrar siyasət komitəsi tərəfindən bir sıra sənədlər hazırlanıb qəbul edilib, digər komitələrdən daxil olmuş qanun layihələrinə ətraflı rəylər hazırlanıb, vətəndaşların qəbulu həyata keçirilıb, onların ərizə və şikayətləri müvafiq qaydada araşdırılıb. Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin aqrar siyasət komitəsinin komitə sədri Eldar İbrahimov bildirib: “Yaz və növbədənkənar sessiyalar müddətində komitənin səmərəli və məhsuldar fəaliyyət göstərib. Komitə üzvləri müxtəlif xarici ölkələrdə keçirilən tədbirlərdə və beynəlxalq qurumlarda parlamenti layiqincə təmsil ediblər”. Eldar İbrahimov ölkəmizin kənd təsərrüfatı sahəsi ilə əlaqədar qanunvericilik bazasının daha da təkmilləşdirilməsi məqsədi ilə payız sessiyası müddətində komitədə bir sıra qanun layihələrinin hazırlanmasının nəzərdə tutulduğunu qeyd edib. İ

clasda komitənin 2009-cu il payız sessiyasının qanunvericilik işləri planı təsdiq olunub.

Sonra komitə üzvləri İnzibati Xətalar Məcəlləsinə, “Fitosanitar nəzarəti haqqında”, “Atçılıq haqqında” qanunlara təklif olunan əlavə və dəyişiklikləri müzakirə ediblər.

İclasda “Tütün və tütün məmulatları haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı sənədə də baxılıb.

Müzakirələrdən sonra qanun layihələrinin Milli Məclisin plenar iclaslarının müzakirəsinə çıxarılması qərara alınıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!