Modern.az

Televiziyalarda aparılan monitorinqin nəticələri AÇIQLANDI

Televiziyalarda aparılan monitorinqin nəticələri AÇIQLANDI

2 Mart 2022, 11:24

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi televiziya kanallarında aparılan monitorinqin nəticələri ilə bağlı statistik məlumatı açıqlayıb.

 

Modern.az-ın xəbərinə görə, Monitorinq Mərkəzinin direktor müavini Gülarə Əmirova bildirib ki, qeydə alınmış 6000 dil faktından 4753-ü hesabata daxil edilib.

 

“Onlardan 1017-si orfoepik, 233-ü orfoqrafik, 1346-si leksik, 651-i qrammatik, 1506-sı isə üslub və ifadə səhvidir”, – o deyib.

 

G. Əmirova aparıcı və müxbirlərlə yanaşı ekspert va qonaqların nitqinin də monitorinqə cəlb olunduğunu, titrlərdə və dublyaj filmlərində yol verilmiş xarakterik səhvlərin kitaba daxil edildiyini vurğulayıb.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat