Modern.az

Qadınları əsgər aparmağa başlayıblar

Qadınları əsgər aparmağa başlayıblar

21 Yanvar 2013, 18:06

Suriya rejimi hicablı qadınları yoxlamaq üçün qadınları əsgərliyə çağırır. Modern.az bu barədə “Əl-Ərəbiyyə”yə istinadən xəbər verir.
Məlumata görə, Suriya rejimi hicablı qadınları yoxlamaq üçün qadın əsgərlər toplamağa başlayıb. Hazırda, qadın əsgərlər Homs şəhərində hərbi geyimlərdə, silahlı vəziyyətdə dayanıblar. Homs sakini qadın əsgərlər barədə “Əl-Ərəbiyyə”yə deyib:

“Bu qızlar narahatlıq oyadırlar. Onlar yırtıcıya oxşayırlar və yoldan keçən hər bir qadında qorxu yaradırlar”.

Şəhər sakinin sözlərinə görə, əsgərlər öz aqressiv davranışları ilə seçilirlər. Belə ki, həmin əsgərlərdən biri yaşlı bir qadınla kobud rəftar edib onu itələyərmiş.
Hafiz Əsəd prezident və qardaşı Rifaat ölkə ordusunun rəhbəri olduğu vaxtlarda da Suriyada qadın əsgərlər cinayət, işgəncə kimi əməliyyatlarda istifadə olunurdu.


 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir