Modern.az

İcra başçısı 87 Xocalı ailəsinə maddi yardım verdi

İcra başçısı 87 Xocalı ailəsinə maddi yardım verdi

26 Fevral 2010, 11:42

Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar şəhərdə məskunlaşan Xocalı şəhərindən olan məcburi köçkün ailələrinin nümayəndələrini qəbul edib.
Modern.az-ın məlumatına görə, əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra  çıxış edən şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev 18 il öncə fevralın 25-dən 26-na keçən gecə azğın erməni millətçilərinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə strateji əhəmiyyətə malik Xocalıya hücum etdiklərini və tarixdə misli görünməmiş cinayət törədərək şəhərin dinc, əliyalın sakinlərinə qarşı dəhşətli qəddarlıq nümayiş etdirdiklərini bildirib.
V.Əliyev dünyanın onlarla dövlətində Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçirildiyini və Azərbaycan xalqının bu vəhşiliyi, soyqırımı heç vaxt unutmayacağını söyləyib. Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə şəhər başçısına minnətdarlıqlarını bildiriblər. Sonda 87 Xocalı köçkünü ailəsinə maddi yardım təqdim olunub.

Modern.az
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir