Modern.az

Aqşin Yenisey: “Şeirlərimin namusunu qorumaq üçün müsabiqədən imtina etdim”

Aqşin Yenisey: “Şeirlərimin namusunu qorumaq üçün müsabiqədən imtina etdim”

Ədəbi̇yyat

22 Yanvar 2013, 18:13

Bakı Slavyan Universitetinin və Azərbaycan Yazıçılar Birliyinin birgə keçirdiyi Ədəbiyyat Müsabiqəsinə şeirlər kitabını təqdim etmiş Aqşin Yenisey müsabiqədə iştirakından imtina etdiyini açıqlayıb:

“Mən elə bilirdim ki, nəhayət, gerçək ədəbiyyat müsabiqəsi keçiriləcək. Buna görə kitabı təqdim etmişdim. Üstündən üç gün keçməmiş mətbuatda müsabiqə ilə bağlı rüsvayçı yazılara rast gəldim. Şəxsi, təmənnalı münasibətlər, ədəbiyyatımızın “küpəgirən qarılarının” dedi-qoduları, ölüm ayağında olan qocaların yaşamağa yeni başlayan gənclərin həyatına paxıllığı... Bunlar Hüqo olmaq istəyirdilər, amma belləri əyilsə də, Kvazemoda da ola bilmədilər.
Mən bu müsabiqədən yazdığım şeirin namusunu qorumaq üçün imtina edirəm. İstəmirəm ki, şeirlərim bu ədəbiyyatın “əxlaqsızlıq yuvasında” yaxalansın və oxucuların qarşısına üzünü örtmüş utancaq halda çıxsın. Bu imtinanı alnı açıq, üzü ağ olan bütün şairlərin və şeirlərin şərəfinə edirəm”.

Elmin Nuri    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü