Modern.az

Məhşur avto brendlər- onlar haqqında nə bilirik - MARAQLI

Məhşur avto brendlər- onlar haqqında nə bilirik - MARAQLI

İqtisadiyyat

22 Yanvar 2013, 21:47
Avtomobil emblemlerini çoxumuz tanıyırıq. Lakin onların nə mana kəsb etdiyini çox az adam bilir. O zaman gəlin öyrənək. Modern.az avtomobil emblemleri haqqında maraqlı məlumatları bir araya gətirib.

 

AUDİ - Audi maşın markasının emblemi biribirinə keçirilmiş 4 dəmir halqadır. Halqaların biribirinə zəncirvari keçirilməsinin mənası Audini yaradan 4 böyük firmanın Audi, DKW, Horch və Wanderer ayrılmazlığı mənasına gəlir.


BMW - Bayerische Motorenwerke - nın formalaşdırılmış dairə vuran təyyarə propelleri olması haqda yalnış bir rəy də folmalaşmışdır. Həqiqətdə isə BMW embleminin əsasını təşkil edən ünsür  Bovariya bayrağıdır.

 

İNFİNİTİ - Bu emblemin dizaynı zamanı dizaynerlər ilk öncə emblemin əsası kimi sonsuzluqu simvolizə edən Mebus petləsini  (ilgəyini) götürmək istəsələr də sonra bu fikirdən daşınaraq emblemdə sonsuzluqa gedən yol simvolunu əks etdiriblər. Bu simvol sonsuzluğa kamilliyə və təkminliyə  gedən yolu özündə əks ettirir. Markanın adı isə sonsuzluq, ucsuzluq və bucaqlıqsızlıq kimi tərcümə olunur.

 

MAZDA - Bu emblemdə  marka M hərfini çox kreativ bir şəkildə verb. Bu firmanı zərdüştlük dinindəki  həyat   Allahı Axura  Mazdanın şərəfinə adlandırıblar. Və eləcədə firmanın əsasını qoyan şəxsin Dzudziro Madzudanın adıyla oxşar səslənir. Mazdanın müasir loqotipi yarasa adlanır beləki emblemdə verilmiş kreativ M hərfi  qanadları açılmış yarasaya bənzədilir.

 

MERCEDENS-BENZ -  Bu emblem 3 tərəfli ulduz işarəsi kimi dizayn olunub. Markanın qurudada havadada sudada üstünlüyünü əks elətdirir. Firma maşın istehsalı ilə yanaşı aviyasiya vasitələri və gəmilər üçün mühərriklərdə istehsal edib.

 

MİTSUBİSHİ - Bu markanın adı onun əsasını qoymuş İvasaki nəslinə aid olan   insanların  adı ilə bağlıdır. Bir nöqtədən çıxan 3 robmb 3 bərabər  tərəfin gücünü ayrılmazlığı və birliyini simgələyir.

 

ŞKODA - Şkodanın emblemində  ortada ox oxun üzərində quş qanadı qanadın üzərində içi boş dairə çəkilib. Qanad maşının  istehsalatın  və bütün dünyada geniş yayılmasının surətini ifadə edir. Qanadın üzərindəki dairə geniş baxış bucağını və dəqiqliyi simvolizə edir. Ox  daima yenilənən və təkminləsən istehsalat  metodları  göstərir. Böyük dairə məhsulun təkminliyini  istehsalatın universallığını və yer planetini (dünyanı) simgələyir. Qara rəng əsirlərə söykənən ənənələri ifadə edir. Yaşıl rəng isə kapaniyanın ətraf mühitin və ekoloqiyanı qayğısına qaldığını bildirir.

 

SUBARU - Subaru Buğa burcunun təsiri altında toplanmış ulduz topluluğunun Şərqdə Yapon dilində olan adıdır. Qərbdə ona Pleyada deyirlər. Bu ulduzları adi gözlədə görmək olar.Lakin Subarunun emblemində bu ulduzlar göy üzündə olduğu kimi dağınıq yox səliqəli bir şəkildə toplanıb. Qeyd edək ki, Subaru brendinin sahibi böyük FHİ kompaniyası 6 kompaniyanın birləşməsi nəticəsində yaranıb bu da bu seçimin elə məqsədə uyğun olmasından xəbər verir.

 

VOLKSVAGEN - Volksvagenin emblemində  iç-içə yazılmış 2 kreativ hərf görünür  V  və W. Alman dilindən tərcümədə kompaniyanın adı milli avtomobil kimi tərcümə olunur.

 

CHEVROLET - Lui  Şevrolenin sözlərinə görə  bu emblemin dizaynı zamanı ona 1908-ci  ildə Parisdə qaldığı otaq nömrəsinin divar kağızları ilham verib. Lui Şevrolenin həyat yoldaşı olmasaydı bəlkə də hamı bu söhbətə inanardı. Daha sonra Şevrolenin xanımı SHEVROLET - in indiki embleminə bənzər bir işarəni qazetdə görüb bəyəndiyini demişdi

 

CADİLLAC - 1701-ci ildə Detroid şəhərinin əsasını qoymuş  Fransız hərbi komandiri və araşdırmaçısı Antuan de la Mont Kodillakın gerbidir

 

VOLVO -  Bu markanın emblemi  skandinaviya kelt xalqlarının  mifləri kimi bir cox qədim xalqların miflərində  güc qüdrət metal kişilik və bir çox bu kimi ciddi mənalara gəlir

Günəş FƏRHADLI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü