Modern.az

Çavuşoğlu İsrailə səfər edəcək

Çavuşoğlu İsrailə səfər edəcək

Dünya

9 Mart 2022, 21:27

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprel ayında İsrailə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan israilli həmkarı İsaak Hersoqla birgə mətbuat konfransında deyib.

 

“Xarici işlər nazirimizin Fələstinə və İsrailə səfərinə, ardınca enerji və təbii sərvətlər nazirimizin İsrailə səfərinə böyük əhəmiyyət verirəm”, - deyə Ərdoğan bildirib.

 

Qeyd edək ki, İsrail Prezidenti İsaak Hersoq bu gün Türkiyəyə rəsmi səfərə gəlib. O, 2008-ci ildən bəri Türkiyəyə səfər edən ilk İsrail Prezidentidir. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi