Modern.az

Yataqxanada yanğın - Sakinlər təxliyə olundu

Yataqxanada yanğın - Sakinlər təxliyə olundu

Hadisə

9 Mart 2022, 22:50

Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsində ümumi sahəsi 20 m² olan otağın yanar konstruksiyaları və ev əşyaları yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

 

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat