Modern.az

YAP-dan İsmayıllı hadisəsinə ilkin reaksiya gəldi -AÇIQLAMA

YAP-dan İsmayıllı hadisəsinə ilkin reaksiya gəldi -AÇIQLAMA

Parlament

24 Yanvar 2013, 11:32

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov dünən axşam İsmayıllı rayonunda baş verən etiraz aksiyasına  münasibət bildirib.

YAP-çı deputat Modern.az  saytına açıqlamasında hadisələrin nədən baş verməsindən xəbərsiz olduğunu bildirərək, aksiyada xarici qüvvələrin rolunun olub-olmamasından danışıb. Millət vəkili aksiyanın Quba hadisələri ilə eyniləşdirilməsinə də münasibət bildirib.

“İsmayıllıda baş verən hadisə ilə bağlı onu deyə bilərəm ki, hüquq-mühafizə orqanları bu məsələyə aydınlıq gətirməlidir. Kimin ürəyi nə istəyir deyə bilər. Bu onların fikirləridir. Məsələ sırf rəsmi qaydada aydınlaşdırıldıqdan sonra hər şey məlum olacaq. Hələlik bilinmir hadisə nə ilə bağlıdır, niyə baş verib, burda xarici qüvvənin əli var, daxili qüvvənin əli var? Bunlar hələlik bilinmir. Bizdə bu məsələyə öz münasibətimizi bildirəcəyik”, - deyə S.Novruzov vurğulayıb.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı