Modern.az

Rusiyanın 500-dən çox hərbçisi əsir düşdü

Rusiyanın 500-dən çox hərbçisi əsir düşdü

Dünya

10 Mart 2022, 22:53

Son 15 gündə Ukraynada Rusiya ordusunun 500-dən çox hərbi qulluqçusu əsir götürülüb.

 

Modern az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” Ukrayna Prezidentinin ofisinə istinadən məlumat yayıb. 

 

"Statistika çox çətindir. Çünki birbaşa döyüş toqquşmalarının çoxlu mərkəzləri var və əsirlər bizim müxtəlif bölmələrimizə düşür", - deyə məlumatda qeyd olunub. 

 

Bundan əvvəl Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç müharibə zamanı 250-300 rusiyalının əsir götürüldüyünü bildirmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat