Modern.az

Bakıda qadını maşın vurub öldürdü

Bakıda qadını maşın vurub öldürdü

Hadisə

11 Mart 2022, 14:18

Bakıda piyadanı vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, martın 10-da saat 17 radələrində Nərimanov rayonu ərazisində Zərdab rayon sakini İ.Həsənov idarə etdiyi “MAN” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Zinyət Ağalarovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

 

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat