Modern.az

Gənclər “Odlar Yurdu” Universitetində Xocalı soyqırımından danışıblar

Gənclər “Odlar Yurdu” Universitetində Xocalı soyqırımından danışıblar

26 Fevral 2010, 16:58

“Odlar Yurdu” Universitetində Xocalı soyqırımının 18-ci ildönumu ilə bağlı konfrans keçirilib. Konfransın təşkilatçıları universitetin rəhbərliyi ilə Gənclər Təşkilatları Milli Şurası olub. Tədbirdə ali təhsil ocağının tələbə və müəllim heyəti də iştirak edib.

Millət vəkili, universitetin rektoru  Əhmd Vəliyev bildirib ki, belə tədbirlər yas, ağlamaq mərasimi formasını almamalıdır: “Hesab edirəm ki, başımıza gətirilən soyqırımları unutmamalıyıq. Hər birimiz ünsiyyətdə olduğumuz əcnəbilərə ilk növbədə Qarabağ barədə danışmalıyıq. Bu işdə gəncliyin üzərinə daha böyük yük düşür”.

Millət vəkili, Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov gənclərə xitabən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında görülən işlərdən danışıb: “Leyla xanım Əliyevanın rəhbərliyi ilə “Qarabağa azadlıq, Xocalıya ədalət” kampaniyası 100 ölkədə baş tutdu. Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin beynəlxalq sferaya çıxarılmasında böyük işlər görür. Amma siz gənclərdən də çox gözləntilər var. Bu məsələlərdə fəal olmalısınız, internet vasitəsilə ermənilərin iç üzünü dünyaya çatdırmaqda əlinizdən gələni etməlisiniz. Hər birimiz ilk növbədə vətəndaşlıq borcumuzu yerinə yetirməliyik. Açığını deyim ki, mən bu məqamda özüm də daxil olmaqla gəncliyimizdən o qədər də razı deyiləm. Çünki biz daha böyük işlər görə bilərik”.

Almaniya Bundestaqı və İtaliya Senatının Qarabağla bağlı qanun qəbul etdiyini deyən deputat həmin sənədlərdə Ermənistandan Azərbaycan torpaqlarını azad etməsi tələbinin qoyulduğnu bildirib.

Sonra tələbələr onları düşündürən məsələlər, xüsusilə də vətənpərvərliklə bağlı millət vəkili Fuad Muradovla muzakirə aparıblar.

 

 

 

 

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir