Modern.az

Mövlud gecəsi doğulan uşağa 1000 dollar hədiyyə

Mövlud gecəsi doğulan uşağa 1000 dollar hədiyyə

26 Fevral 2010, 18:01

Dünəndən  müsəlman dünyası Məhəmməd peyğəmbərin (s.ə.s) Mövludu gününü qeyd edir. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu əlamətdar gün Çeçenistan respubilkasında daha geniş qeyd olunur. Peyğəmbərimizin doğum günü Çeçenistanda doğulan hər bir uşağın ailəsinə yerli hakimiyyət 1000 dollar hədiyyə etməyi qərara alıb. Hədiyyəni almaq üçün mövlud gecəsi doğulan oğlan uşaqlarının adı Məhəmməd, qız uşaqlarının adi isə peyğəmbərimizin anasının adı Əminə, arvadının adı Ayişə və yaxud qızlarının adları ilə Fatimə, Rukiyyət və Umm Gülsüm qoyulmalıdır. Mövlud günü imkansız ailələrə un, şəkər, düyü və digər ərzaqlar verilir, maddi yardımlar göstərilir. Təhsil ocaqlarında Quran və peyğəmbərimizin həyatı və hikmətli  sözləri oxunur.

 

Bakıda isə.. Bəzilərimiz günah işlərini davam etdirir. Həzrəti  Peyğəmbərimizin doğum gecəsi  doğulmuş olğan uşağı küçəyə atılır, bir gün Vətəni qoruyacaq əsgər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi