Modern.az

Şəmkirdə silahlı insident olub

Şəmkirdə silahlı insident olub

Hadisə

14 Mart 2022, 15:12

Şəmkirdə silahlı insident baş verib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinə martın 13-də Şiştəpə kəndi ərazisindəki çay evlərinin birində kənd sakinləri N.Bağıyevin və əvvəllər məhkum olunmuş - E.Nağıyev və qardaşının xuliqanlıq zəminində biri-birilərini döymələri barədə məlumat daxil olub.

 

E.Nağıyevin ov tüfəngindən açdığı atəş kənd sakini H.Həsənova məxsus “Mercedes” markalı avtomobilə dəyib. E.Nağıyev və N.Bağıyev saxlanılıblar. E.Nağıyevdən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat