Modern.az

60 yaşı tamam olan Əli Əhmədov təltif edildi

60 yaşı tamam olan Əli Əhmədov təltif edildi

25 Yanvar 2013, 19:37

Prezident İlham Əliyev hakim Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında  sərəncamı imzalayıb.
Modern.az prezidentin rəsmi saytına istinadən bildirir ki, Əli Əhmədov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Ə.Əhmədovun təltif edilməsi səbəbsiz deyil. Modern.az-ın məlumatına görə, bir gündən sonra-yanvarın 27-də Əli Əhmədovun yubileyidir, 60 yaşı tamam olur.

Ə.Əhmədov 1953-cü il yanvarın 27-də Ermənistan Respublikası Basarkeçər rayonunun Dərə kəndində anadan olub. Moskva Dövlət Tarix-Arxiv İnstitutunun Tarix fakültəsini bitirib.
1975-ci ildən Baş Arxivlər İdarəsinin baş elmi işçisi, Azərbaycan EA-nın Mərkəzi Elmi Baş Arxivinin müdiri olub. 1980-ci ildən Azərbaycan Dövlət Universitetində laborant, müəllim, baş müəllim, dosent, kafedra müdiri işləyib. 1997-ci ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında şöbə müdirinin müavini vəzifəsində çalışıb. 1999–2000-ci illərdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı olub.
1999-cu ildə Yeni Azərbaycan Partiyasının I qurultayında İcra katibi seçilib. 2005-ci il martın 26-da III qurultayda YAP sədirinin müavini və icra katibi seçilib. 13 ildir Milli Məclisin deputatıdır.
Evlidir, 2 övladı var.


Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!