Modern.az

Daxili Qoşunların bir əsgəri həlak olub, 9-u yaralanıb

Daxili Qoşunların bir əsgəri həlak olub, 9-u yaralanıb

26 Fevral 2010, 21:34

Fevralın 26-da Bakıda Daxili Qoşunların maşını qəzaya uğrayıb. “ANS press”in məlumatına görə Biləcəri qəsəbəsindəki hərbi hissənin maşını sərnişin avtobusu ilə toqquşub. Məlumata görə hərbi maşında olan əsgərlərdən biri ağır yaralanıb və hospitalda keçinib.
Daxili Qoşunların mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Təranə Məmmədova “ANS press”ə deyib ki, hadisə saat 16.00 radələrində baş verib. Onun sözlərinə görə, Daxli Qoşunların Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsinə məxsus, içində 9 əsgər olan hərbi avtomobil, sərnişin avtobusu ilə toqquşub. Nəticədə, hərbi maşında olan 9 əsgər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Daxili Qoşunların Nərimanov rayonunda yerləşən Hospitalına yerləşdirilib. Ancaq xəstəxanaya yerləşdirilən əsgərlərdən biri orada dünyasını dəyişib

Hazırda əsgərlərin vəziyyəti barədə tam məlumat verilməsə də, onların vəziyyətinin ciddi olmadığı bilidirilir.

Faktla bağlı araşdırmalara başlanılıb, hadisənin motivi araşdırılır. İlkin məlumata görə, günah sərnişin avtobusunun sürücüsündə olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər