Modern.az

Atatürkün mənəvi qızı danışdı

Atatürkün mənəvi qızı danışdı

Təhsil

26 Fevral 2010, 21:45

Yaxın vaxtlarda Türkiyə Respublikasının qurucusu böyük Mustafa Kamal Atatürkün həyatından bəhs edən “Vida” filmi ekranlara çıxacaq. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, əsər ekranlara çıxmamış qızğın mübahisələrə səbəb olub. Atatürkün həyatının ayrı-ayrı səhifələrinə aid epizodlara  münasibət birmənalı deyil.

 

Atatürkün mənəvi qızı Ülkü Adatepe isə Zülfü Livanelinin ssenarisi əsasında çəkilən “Vida” filmini çox bəyəndiyini açıqlayıb.  Filmi gözyaşları  içində izləyən  Adatepe Zülfü Livanelliyə minnətdarılq edib. “Zülfü gerçək Mustafanı göstərdi, çox təşəkkürlər edirəm”, - Adatepe bildirib. 

 

Qeyd edək ki, Livanellidən əvvəl Atatürk mövzusuna Can Dindar müraciət edib. Adatepe isə onun çəkdiyi filmi bəyənmədiyini və ilk olaraq tənqid etdiyini deyib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır