Modern.az

70 yaşlı bacısını öldürüb basdırdı - YENİLƏNİB

70 yaşlı bacısını öldürüb basdırdı - YENİLƏNİB

Hadisə

15 Mart 2022, 23:18

Şirvanda 70 yaşlı qadın qardaşı tərəfindən boğularaq qətlə yetirilib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, əvvəllər dəfələrlə məhkum olunmuş Şirvan şəhər sakini, 1966-cı il təvəllüdlü Rəsulov Alim Rəsul oğlu ailə münaqişəsi zəminində bacısı - 1952-ci il təvəllüdlü Rəsulova Bəhruzə Rəsul qızını əli ilə boğaraq öldürüb. Bacısının qətlini gizlədən qardaş onu öz əcəli ilə ölən kimi el adəti ilə şəhər qəbristanlığında dəfn edib.

 

Bu gün hüquq-mühafizə orqanlarına qadının qətlə yetirildiyi məlum olub. Axşam saatlarında meyit hüquq-mühafizə orqanları təfindən müayinə olunmaq üçün qəbirdən çıxarılaraq Şirvan morquna yerləşdirilib.

 

Qətli törətməkdə təqsirləndirilən A.Rəsulov saxanılıb.

 

Faktla bağlı Şirvan şəhər prokuroluğunda araşdırma aparılır

 

***

21:45

 

Şirvan sakini bacısını qətlə yetirərək basdırıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Şirvan sakini 1952-ci il təvəllüdlü Rəsulova Bəhruzə Rəsul qızı qardaşı Alim tərəfindən bir neçə gün əvvəl qətlə yetirilərək Şirvan-Salyan yolunun sağ tərəfində yerləşən dağlıq ərazidə basdırılıb.

 

Meyit hüquq-mühafizə orqanları tərəfindən basdırıldığı yerdən çıxarılaraq Şirvan morquna yerləşdirilib.

 

Qətli törətməkdə şübhəli bilinən Alim saxanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat