Modern.az

Rusiya Haaqa Məhkəməsinin tələbinə riayət etməyəcək

Rusiya Haaqa Məhkəməsinin tələbinə riayət etməyəcək

Dünya

17 Mart 2022, 14:42

“Rəsmi Moskva BMT-nin Beynəlxalq Məhkəməsinin (Haaqa Məhkəməsi) Ukraynada hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən qərarını diqqətə almayacaq”.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

 

Peskov deyib ki, Beynəlxalq Məhkəmədə tərəflərin razılığı məsələsi var və  burada heç bir razılaşma ola bilməz.

 

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi Rusiya qarşısında Ukraynadakı hərbi əməliyyatları dayandırmaq tələbini irəli sürüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir