Modern.az

Milli Məclis iki komissiyanı yenidən təşkil edəcək - SİYAHI

Milli Məclis iki komissiyanı yenidən təşkil edəcək - SİYAHI

Parlament

28 Yanvar 2013, 12:43

Xəbər verdiyimiz kimi, fevral ayının 1-də Milli Məclisin yaz sessiyasının birinci iclası keçiriləcək. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Modern.az-a bildirib ki, yaz sessiyasının birinci iclasının gündəliyinə 14 məsələ daxil edilib.  

A.Təvəkküloğlu deyib ki,  iki məsələ komissiyaların yenidən təşkil olunması ilə bağlıdır.

“Bunlar Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi ilə bağlı məsələlərdir”. Bundan başqa, yaz sessiyasının ilk iclasında “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiyanın əlavə protokoluna qoşulmaq haqqında” qanun, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər, "Ekoloji təmiz kənd təsərrüfatı haqqında",  “Seleksiya nailiyyətləri haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “İpoteka haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısı haqqında” qanunlara dəyişikliklər edilməsi əlaqədar məsələləq daxildir.  
Akif Təvəkküloğlu bildirib ki, Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı da hazırlanıb.

“Bu planda 14 məsələ öz əksini tapıb. Amma bu 14 məsələnin planda olması o demək deyil ki, yalnız yaz sessiyasında 14 məsələyə baxılacaq. Deməli qanunvericlik təşəbbüsü qaydasında çoxsaylı qanunlar da daxil olur ki, bu qanunlar da əvvəlcə Milli Məclisin komitələrində, sonra isə plenar iclasında müzakirə olunur. Yaz sessiyasının qanunvericilik işlər planına bir sıra məsələlər daxildir. Bunlar “Rəqabət Məcəlləsi haqqında”, “Ölçmələrin vəhdətinin təminedilməsi haqqında”,  “Reklam haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında”, “Memarlıq fəaliyyəti haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”,  “Uşaqların asudə vaxtının təşkili və istirahəti haqqında” və bir sıra digər sənədlərdir”.  

Sevinc İltifatqızı
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür