Modern.az

Türkiyə 24 saatlıq atəşkəs təklif etdi

Türkiyə 24 saatlıq atəşkəs təklif etdi

Dünya

17 Mart 2022, 18:02

Türkiyə Ukraynada 24 saatlıq atəşkəs elan olunmasını təklif edir.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşdə deyib.

 

“Beynəlxalq qurumlar – Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT-nin qurumları, Türkiyə Qızıl Aypara Cəmiyyətinin müşahidəçiliyi ilə atəşkəs təklif edirik”, - nazir vurğulayıb.

 

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynanın Lvov şəhərində həmkarı Dmitro Kuleba ilə görüşüb.

Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir