Modern.az

Almaniya ABŞ-dan yeni silahlar İSTƏDİ

Almaniya ABŞ-dan yeni silahlar İSTƏDİ

Dünya

19 Mart 2022, 00:16

Rusiya ordusunun Ukraynaya hücumundan sonra Almaniya ölkənin təhlükəsizliyinin təmin edilməsi üçün ABŞ-dan yeni silahlar istəyib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

 

Qeyd olunur ki, rəsmi Berlin ABŞ-dan THAAD adlı ballistik raket əleyhinə müdafiə sistemləri də daxil olmaqla yeni silah və texnika almağı planlaşdırır.

 

THAAD 200 kilometr məsafədən buraxılan ballistik raketləri aşkarlaya və onları zərərisləşdirə bilər.

 

Bundan əvvəl, Almaniya ABŞ-dan F-35 qırıcıları almaq niyyətində olduğunu açıqlayıb.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir