Modern.az

Hansı fiquru xoşladığını söylə, sənin kim olduğunu deyim - MARAQLI

Hansı fiquru xoşladığını söylə, sənin kim olduğunu deyim - MARAQLI

İqtisadiyyat

28 Yanvar 2013, 18:02

Sizə təqdim olunmuş şəkillərə diqqətlə baxın. Daha sonra onlardan birini seçin. Ən sonda isə nəticəni aşağıda oxuya bilərsiniz.


Kvadrat


Kvadrat insanlar adətən çox hövsələli və möhkəmdirlər. Başlanılmış işə əl yelləyib “heçnə alınmayacaq” demək onlara görə deyil. Kvadratlar çox böyük bir ehtiyatla və taktika ilə addım-addım qoyulmuş məqsədə doğru irəliləyirlər və o məqsədə çatmamış da geri çəkilmirlər. Bu keyfiyyətin nəticəsində isə onlar asanlıqla professionala çevrilirlər.Onların nöqteyi-nəzərindən əgər həyat  uqurlu alınırsa, deməli o müəyyən olunmuş plan əsasında qurulub. Onlar stabillik vurğunudurlar. Əşyaların yerlərinin dəyişdirilməsini sevmirlər. Onlar illərlə və hətta ömürlərinin axrınadək bir formada dizayn olunmuş evdə yaşaya bilərlər. Onlar məntiqi sxemlər qurmağı çox sevir. Kvadratlar surprizlərə və hər növdə olan dəyişirikliklərə və qeyri-stabilliyə nifrət edirlər.

Düzbucaq

Düzbucaq daimi olmayan keçid forması sayılır. Adətən bu fiquru hazırda özlərindən və öz həyatlarından son dərəcə narazı olan, bu situasiyanı yaxşılığa doğru dəyişmək istəyən insanlar seçir. “Orada xoşbəxtlik üçün hər şey var, bircə mən yoxam, amma bu, o deməkdir ki, mən də orada olacam” - bu onların həyat devizidir. Düzbucaqların əsas keyfiyyətləri ətrafda baş verən hər hadisəyə burunlarını soxmaq, yeniliyə maraq, cəsurluqdur. Onlar bütün qəlbləri ilə tənnəfüsləri arzulayır və sanki bir süngər kimi yeni bilikləri özlərinə çəkirlər. İnsanlar düzbucaq formasında adətən elədə uzun müddətdə qalmırlar, onlar hər hansı bir işin yerinə yetirilmə qərarını aldıqları andan etibarən geridə qalan 4 fiqurdan birinə mutasiya olunurlar.

Üçbucaq

Havanın kaprizlərindən asılı olmadan qışda da, yayda da üçbucaq insanlar daim sarı rəngli lider köynəyində olurlar. Üçbucaqlar əsl “Enercayzerlər”dir, lakin onları batareyadan fərqləndirən çəhət praqmatiklik və düzgünlüyü sevmələridir. Onlar çox dəqiq və ambisiyaları olan insandirlar. Üçbucaqlar nə istədiklərini nəinki bilir, hətta onu necə əldə edəcəklərini də bilirlər. Onlar müdiriyyəti asanlıqla asılı olmadıqlarına inandıra bilirlər. Üçbucaqlar əksər hallarda ancaq 2 nəzər nöqtəsinin mövcud olmasını düşünməklə səhvə yol verirlər. Onlara görə, ancaq 2 nəzər nöqtəsi olur: özününkü və yalnış olan. Onlar güclü şəxsiyyətlər və təhlukəli rəqiblərdir. Hərdən elə gəlir ki, onların damarlarında qanla birgə, rəqiblik rudu da dövr edir.

Dairə

Dairə insan asanlıqla başqasının dərdinə həmdəm ola bilər. O ozunu başqasının yerinə qoya bilir. Onu anlaya və dərdinə şərik olub, hisslərini bölə bilir. Onlar çox yaxşı və emossional insanlarlardır. Dairələr özlərini o halda xoşbəşt hiss edə bilərlər ki, onların nəinki özlərinin, yaxınları və doğmalarının da həyatında hər şey öz qaydasında olsun. Onlar başqaları ilə konfliktləşməkdən qaçır və anlaşılmazlığı yatırmaqa çalışır. Bəzən olnar üçün hüzur həqiqətdən daha dəyərli olur. 100 faiz halların 99-da onlar birinci güzəştə gedir.

Ziqzaq

Ziqzaqlar kreativ, orijinal və yaradıcı insanlardırlar. Onlar açılmış cığırları, ştampları və stereotiləri rədd edərək, hər şeyi qeyri-standart metodlar yaradaraq öz bildikləri kimi həll edirlər. Bu orijinalların içərisində xarizmatik və cazibədar insanlar da çox olur. Ziqzaqlar özlərindən tez çıxır, onların əhval-ruhiyyələri isə bəzən birjada olan valyuta kursundan daha surətlə dəyişir. Onların çox gözəl natiqlik qabiliyyətləri olur. Ağıllarına gələn maraqlı ideyaları arzu edən və etməyən hər kəslə bölüşə bilər.

Günəş FƏRHADLI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür