Modern.az

MM-in komitə sədrinin müavini: “Bu layihənin gündəlikdən çıxarılmasının səbəbini bilmirəm”

MM-in komitə sədrinin müavini: “Bu layihənin gündəlikdən çıxarılmasının səbəbini bilmirəm”

29 Yanvar 2013, 09:08

“Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsinin müzakirə olunub təsdiqlənməsinə böyük ehtiyac var. Modern.az-a açıqlamasında bu sözləri Miili Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev deyib.

Millət vəkili açıqlamasında bu qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirə olunduğunu və bununla əlaqədar ayrı-ayrı ölkələrə gedib beynəlxalq təcrübə ilə tanış olduğunu da bildirib.

Amma bir neçə gün bundan öncə bu qanun layihəsinin yaz sessiyasına işlər planına salınmayacağını öyrəndim: “Vacib bir sənəddir. Amma bu sənədin qanunvericilik işlər planına salınmamasının səbəbini bilmirəm”.

Qeyd edək ki, Milli Məclisin 2012-ci il payız sessiyasının qanunvericilik işlər planına salınan bu sənəd 2013-cü il yaz sessiyasının gündəliyinə salınmayıb.

Pərvin ARZUQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir