Modern.az

Milli Məclis Gülər Əhmədovanı başqa deputatla əvəz edəcək

Milli Məclis Gülər Əhmədovanı başqa deputatla əvəz edəcək

29 Yanvar 2013, 10:26

Fevralın 1-də Gülər Əhmədovanı kimin əvəzləyəcəyi məlum olacaq...

Fevral ayının 1-də Milli Məclisin yaz sessiyasının birinci iclası keçiriləcək. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Modern.az-a bildirib ki, yaz sessiyasının birinci iclasının gündəliyinə daxil edilən 12 məsələdən biri parlamentin İntizam Komissiyasının tərkibinin yenidən təşkil edilməsi ilə bağlıdır.

Modern.az-a məlum olub ki, İntizam Komissiyasında fəaliyyət göstərmiş eks-deputat Gülər Əhmədovanın yerinə başqa deputat seçiləcək .
Qeyd edək ki, Gülər Əhmədova dördünçü çağırış Milli Məclisin İntizam Komissyasının katibi idi.

İntizam Komissiyasının sədri Siyavuş Novruzov, üzvləri isə Fəttah Heydərov, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa və Sədaqət Vəliyevadan ibarət təşkil olunub.

MSK 34 saylı Xətai II seçki dairəsindən deputat seçilmiş G.Əhmədovanı məlum videoqalmaqalla bağlı mandatdan məhrum edib.

Respublika Prokurorluğu videomaterialın araşdırılması üçün Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlayıb. Hazırda sabiq deputat polis nəzarətinədir, istintaq gedir.

Anar Rüstəmov


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı