Modern.az

Amerikanların iddiası – Kabayeva Putindən 2-ci uşağı doğub

Amerikanların iddiası – Kabayeva Putindən 2-ci uşağı doğub

İqtisadiyyat

29 Yanvar 2013, 17:49

Putin yenidən ata olub. Modern.az-ın məlumatına görə, bu barədə ABŞ-ın “The New York Post” qəzeti bu gün xəbər yayıb. Qəzetin iddiasına görə, tatar əsilli gimnast Alina Kabayevanın Putindən ikinci övladı dünyaya gəlib. Məlumatda qeyd olunur ki, Putinin A.Kabayevadan 3 yaşında bir oğlu var, indi isə qız övladı olub.

Vladimir Putinin sevgilisi olduğu iddia edilən Alina Kabayeva Putinin qızından sadəcə 2 yaş böyükdür. Putinin 27 və 25 yaşında iki qızı var.
Alina Kabayeva 2000-ci ildə Olimpiya oyunlarında gümüş medal, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarında isə qızıl medal qazanıb.



Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır