Modern.az

Çilidə zəlzələdə ölənlərn sayı 700-ü keçdi

Çilidə zəlzələdə ölənlərn  sayı 700-ü keçdi

1 Mart 2010, 09:49

Çilidə ölkənin mərkəzi rayonlarında baş vermiş dağıdıcı zəlzələdən sonra 700 nəfərdən çox insan həlak olub. Modern.az BBC-yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti  Mişel Baçelet açıqlama verib. "Məndə olan yeni məlumatlara görə, ölənlərin sayı 708-dir. Maule şəhərində - 541, Bio-Bioda - 64, digər bölgələrdə 103 nəfər həlak olub. İtkin düşən adamlar da var, yəni tələf olanların sayı artır".  Prezident Baçelet qeyd edib ki, səyyar hospitallar və sağ qalan insanların axtarışında köməyə ehtiyacı olan Çili beynəlxalq yardım təkliflərini qəbul edəcək.

Hazırda xilasedicilər  indiyədək qeydə alınan ən güclü zəlzələ nəticəsində ölkənin qalan hissəsi ilə əlaqəsi kəsilmiş ərazilərə çatmağa çalışırlar. Zəlzələdən sonra baş qaldırmış sunami qasırğası 300 –dən çox insanın həyatına son qoyub. Yüz minlərlə Çili sakini elektrik enerjisiz və icməli susuz qalıb, onların ərzaq ehtiyatları da tükənməkdədir.

BBC-nin məlumatına görə,  bəzi yerlərdə əlacsız insanlar mağaza və supermarketləri talan edirlər. Xatırladaq ki, zəlzələnin gücü Rixter şkalası üzrə 8,8 bal gücündə olub. Təbii fəlakətin vurduğu ziyan 10 – 30 milyard dollar təşkil edir ki, bu da ölkənin ümum daxili məhsulunun 10-15 faizi deməkdir.      

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir