Modern.az

Milyarder Nobel mükafatının Çin analoqunu yaradır

Milyarder Nobel mükafatının Çin analoqunu yaradır

Ədəbi̇yyat

30 Yanvar 2013, 11:09

Tayvan milyarderi Semuel İn iki ildən bir təqdim olunacaq “Tan” (Tang Prize) elmi mükafatının yaradılması haqqında məlumat verdi. İstənilən ölkənin vətəndaşı laureat ola bilər, mükafatın pul prizi isə Nobel mükafatı laureatlarının mükafatını üstələyəcək.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Tan” mükafatı dörd nominasiya üzrə təqdim olunacaq: biotəbabət, dayanıqlı inkişaf, sinologiya və hüquq elmləri. Biznesmenin sözlərinə görə verilmiş istiqamətlər bəşəriyyət üçün əhəmiyyətli xarakter daşısa da, Nobel mükafatı onları təmin etmir.
Qaliblərin seçilməsi ilə Tayvan milli akademiyasının xüsusi komitəsi məşğul olacaq.
Fondun ilkin həcmi 103 mln. dollar təşkil edəcək. Qaliblərdən hər biri 50 mln. Tayvan dolları mükafat alacaq ki, bu da 1,7 mln. ABŞ dollarına bərabərdir. Nobel mükafatının pul ekvivalenti hazırda 1,2 mln. ABŞ dollarına bərabərdir.

Mükafat öz adını 618-907-ci illərdə Çində hakimiyyətdə olan Tan sülaləsinin adından götürüb. Bu sülalənin hakimiyyət illəri ölkənin ən çiçəklənən dövrü hesab olunur.

“Semuel İn Ruentex Group” şirkətinin rəhbəridir, onun sərvəti 3,1 mlrd dollar olaraq qiymətləndirilir. 

Elmin Nuri
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir