Modern.az

Füzulidə mina partladı - Ağır yaralı var

Füzulidə mina partladı - Ağır yaralı var

Hadisə

23 Mart 2022, 13:35

Füzuli rayonunun işğaldan azad edilmiş Seyid Əhmədli kəndində 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı minaya düşüb.

 

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, Vüqar Zülfüqarlı idarə etdiyi “SHACMAN” markalı 77 CB 134 dövlət nömrəli yük maşını ilə dönmə əməliyyatı edərkən minaya düşüb.

 

Nəticədə sürücü V.Zülfüqarlı ağır bədən xəsarəti alaraq xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat