Modern.az

Keçmiş dövlət başçıları nə işlə məşğuldur?

Keçmiş dövlət başçıları nə işlə məşğuldur?

1 Mart 2010, 10:46

Əksər ölkələrin keçmiş prezidentləri və hökumət başçıları böyük siyasəti tərk etdikdən sonra əsasən bizneslə məşğul olur. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük  Britaniyanın keçmiş baş naziri Toni Bleyer bu sahədə xeyli bacarıqlıdır.   2007-ci ildə baş nazir səlahiyyətləri başa çatdıqdan sonra Bleyer bir neçə iş yeri dəyişib. Bleyer istefa verdikdən sonra eyni zamanda iki maliyyə idarəsində müşavir işləyib: o, JP Morgan Chase Amerika bankında ildə 3 milyon dollar,  Zurich Financial maliyyə qrupunda isə ildə 750 min dollar maaş alıb. Bundan əlavə, Bleyer universitetlərdə pullu mühazirələr oxumaqla da pul qazanır.

 

Almaniyanın sabiq federal kansleri Gerhard Şröder və Finlandiyanın keçmiş hökumət başçısı Paavo Lipponen birlikdə çalışırlar. Onlar öz səylərini Rusiyanın Ukraynadan yan keçməklə çəkilən Nord Stream  qaz kəməri layihəsinin tikintisinə sərf  edirlər. Şröder bu layihədə səhmdarlar komitəsinin rəhbəri,  Lipponen isə məsləhətçidir.  

 

Fransanın keçmiş prezident Jak Şirak anoloji vəzifələrdən imtina edib. Rusiya hökuməti Şiraka “Qazprom”da “Cənub axın” layihəsinə rəhbərlik etməyi təklif edib. Lakin fransız lider bu təklifi qəbul etməyib və öz diqqətini öz adını daşıyan fondün işinə yönəldib.

 

İspaniyanın keçmiş baş naziri  Xose Mariya Asnar da biznes sahəsindədir. O, News Corporation

Şirkətində  Direktorlar Şurasının üzvüdür.

 

Bir sıra keçmiş dövlət başçıları isə beynəlxalq siyasətdə özlərinə yer tapa biliblər. Məsələn, İsveçrənin keçmiş prezidenti Jozef Veys ötən ilin dekabrında  2010-2011-ci illər BMT Baş Assambleyası sessiyasının sədri seçilib. O, bu vəzifədə fəaliyyətə sentyabr ayında başlayacaq.

Norveçin keçmiş prezdenti Turbern Yaqland ötən ilin sentyabrında Avropa Şurasının baş katibi seçilib. ABŞ-ın keçmiş prezidenti Bill Klinton da dünya siyasətinə üstünlük verib. O, yenə də beynəlxalq siyasət sahəsində vacib fiqurlardan sayılır; heç də ona görə yox ki, onun xanımı Hilari Klinton ABŞ-ın dövlət katibidir. Bill Klinton son illər fəal siyasi-ictimai iş aparır, o, bir sıra siyasi təşkilatların və xeyriyyə qurumlarının üzvüdür. O, ABŞ, Qərbi Avropa və Asiyanı  birləşdirən üçtərəfli komissiyanın üzvüdür. Bundan başqa o, özünün Clintion Global Initiative xeyriyyə fondunu yaradıb. Bu qurumun başlıca fəaliyyəti SPİD-ə qarşı mübarizə, yoxsulluqla, aclıq, qlobal istilik, uşaq köklüyü ilə  mübarizədir. Klinton ötən il BMT-nin Haitiyə yardım üzrə xüsusi nümayəndəsi təyin olunub. Cari il yanvarın 12-dən sonra zəlzələ qurbanlarına yardım üçün Klinton bir neçə dəfə bu ölkəyə səfər edib. BMT baş katibi Pan Qi Mun Klintondan haitililərə beynəlxalq yardım missiyasını öz üzərinə götürməyi xahiş edib.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı