Arxiv
1 mart 2010, 11:24 | MEDİA
Gənc Tamaşaçılar Teatrında AzərTAc-ın 90 yaşı qeyd olunur

Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın 90 yaşı tamam olur. Modern.az xəbər verir ki, 90 illik yebiley münasibətlə martın 1-də Gənc Tamaşaçılar Teatrında yubiley tədbiri keçirilir. Tədbirdə AzərTAc-ın tarixi, onun keçdiyi yol barədə danışılıb. Şərqdə ilk xəbər agentliklərindən biri olan AzərTAc-ın yaranması bilavasitə Xalq Cümhuriyyəti hökumətinin adı ilə bağlıdır. Ötən 90 ildə AzərTAc mürəkkəb bir yol keçib. 1919-cu il martın 3-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin - Nazirlər Şurasının iclasında Azərbaycan Teleqraf Agentliyinin təşkili barədə məsələ müzakirə olunub. Lakin məlum olmayan səbəblər üzündən agentlik həmin tarixdə fəaliyyətə başlamayıb. 1920-ci il fevralın 2-də hökumətin növbəti iclasında Azərbaycan Teleqraf Ajanslığının ştatlarının layihəsi və əsasnaməsinin müəyyən dəyişikliklərlə parlamentə çıxarılması qərara alınıb. Nəhayət, 1920-ci il martın 2-də “Azərbaycan” qəzetində ilk dəfə olaraq “AzərTAc” imzası ilə xəbərlər dərc olunub. Təxminən bir ay sonra, 1920-ci il martın 25-də Azərbaycan Teleqraf Agentliyindən Xalq Maarif Nazirliyinə göndərilmiş 17 nömrəli təliqə qurumun məhz martın 1-də yarandığını təsdiq edən daha bir tutarlı dəlildir. Təliqədə hökumətin 1 mart tarixli Qanununa uyğun olaraq, Poçt və Teleqraf Nazirliyinin nəzdində Azərbaycan Teleqraf Agentliyinin yaradıldığı və onun formalaşma dövrü yaşadığı qeyd olunub. Agentliyin təkcə adı 7 dəfə dəyişdirilib: 1920-ci ildə AzərTAc, yenə də həmin ildə AzQafROSTA, 1921-ci ildə AzərTA, 1923-cü ildə ZaqTA, 1936-cı ildə yenidən AzərTA, 1972-ci ildə Azərinform, nəhayət, 1992-ci ildə AzərTAc. Hazırda hər gün AzərTAc-ın internet saytına dünya üzrə 10-12 min giriş olur. Aparıcı dövlətlərin milli informasiya agentlikləri AzərTAc-la əməkdaşlıq edirlər. Agentliyin hazırda Türkiyə, Rusiya, İtaliya, Rumıniya, İran, Bolqarıstan, Çin, Qazaxıstan, Ukrayna, Koreya Respublikası, Küveyt, Macarıstan, İndoneziya, Serbiya, Misir, Albaniya, Latviya, Belarus, Moldova, İordaniya, Monqolusta, Qırğızısta, Tacikistanın milli informasiya agentlikləri ilə əməkdaşlıq müqavilələri var. Bundan əlavə, AzərTAc Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən biridir. 2004-cü ilin sentyabrında AzərTAc Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) üzvü olub. Bunun sayəsində AzərTAc-ın informasiyaları OANA-nın xüsusi saytında yerləşdirilir və onlardan təşkilatın üzvü olan digər 32 ölkənin 39 informasiya agentliyi istifadə edir. 2007-ci il dekabrın 12-də isə OANA-nın İndoneziyanın paytaxtı Cakartada keçirilən iclasında AzərTAc bu qurumun rəhbər orqanı olan İcraiyyə Komitəsinin idarə heyətinin üzvü seçilib. 2008-ci ildən AzərTAc Asiya Xəbər Agentlikləri Konsorsiumunun (“AsiaPulse”) üzvüdür. AzərTAc-ın Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul edilməsi agentliyin həyatında ən mühüm hadisələrdən biri kimi qiymətləndirilir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Parlament bu MƏSƏLƏLƏRİ müzakirəyə çıxaracaq 18 Oktyabr 2019, 15:21 Çavuşoğludan Müstəqillik Günü paylaşımı: “Can Azərbaycan” - FOTO 18 Oktyabr 2019, 15:19 UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub 18 Oktyabr 2019, 15:19 Modul tipli məktəblərin sayı artırılır 18 Oktyabr 2019, 15:12 Deputat seçiciləri ilə müzakirələr aparıb 18 Oktyabr 2019, 14:50 Bakı Ali Neft Məktəbində SPE-nin regional sammiti keçirilib   18 Oktyabr 2019, 14:42 Prezident “Dövlətqaçqınkom”un sədrini qəbula ÇAĞIRDI 18 Oktyabr 2019, 14:41 “Maşın” şounun qalibi məlum oldu - FOTO 18 Oktyabr 2019, 14:37 Uşaqlarda piylənmə - Metobolik sindrom 18 Oktyabr 2019, 14:24 Tanınmışlar Müstəqillik Günü təbrikləri aldılarmı? - “Heç kəs təbrik etməyib” 18 Oktyabr 2019, 14:18 Milli qəhrəmanları təhqir edənlər necə cəzalandırılmalıdır?.. 18 Oktyabr 2019, 14:05 Tramp türklərlə kürdləri dalaşqan uşaqlara BƏNZƏTDİ 18 Oktyabr 2019, 14:03 Paşinyan Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı - Qarabağa görə 18 Oktyabr 2019, 13:52 Azərbaycanın davamlı iqtisadi inkişaf modeli qələbələrimizin rəhnidir - Eks-nazir 18 Oktyabr 2019, 13:49 Oqtay Şirəliyev  vəzifədən gedir?... - Nazirlikdən AÇIQLAMA 18 Oktyabr 2019, 13:30 ““Barış pınarı” dayanmayıb, biz atəşkəs deyil, fasilə vermişik” - Çavuşoğlu 18 Oktyabr 2019, 13:28 Anar Cəbrayıllı: “Ciddi nəzarət olmasa, uşaqlar düzgün yolda addımlamaqda çətinlik çəkər” - MÜSAHİBƏ 18 Oktyabr 2019, 13:20 Sabahın HAVASI: Yağış yağacaq, külək əsəcək 18 Oktyabr 2019, 13:15 Türkiyə Suriyada əməliyyatları bərpa edib? - Rusiya mətbuatından İDDİA 18 Oktyabr 2019, 13:13 Kəlbəcərli şair: “Əminliklə deyirəm ki, ermənilər torpaqlarımızı atıb qaçacaq” - MÜSAHİBƏ 18 Oktyabr 2019, 13:11 Prezident Administrasiyasının məsul işçisi icra başçısı ilə bu kəndə getdi - SƏBƏB 18 Oktyabr 2019, 13:10 Türkiyə terrorçuların yalanlarını ifşa etdi - FOTOLAR 18 Oktyabr 2019, 12:43 Səhiyyə Nazirliyindən küçəyə atılmış birgünlük uşaqla bağlı AÇIQLAMA 18 Oktyabr 2019, 12:37 “Barış Pınarı”na qarşı çıxan erməni deputata azərbaycanlı həmkarından CAVAB 18 Oktyabr 2019, 12:29 Əli Həsənov yeni müxalifətdən YAZDI 18 Oktyabr 2019, 12:28 “Bəlkə gələcəkdə 3-cü erməni dövləti yaratmaq istəyəcəklər?” 18 Oktyabr 2019, 12:17 Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilib 18 Oktyabr 2019, 12:17 Zahid Oruc: “Prezidentin hədəfli mesajları masa üzərindəki açıq və qapalı informasiyalara dayanır” 18 Oktyabr 2019, 12:02 Quzunun qoç ola bilməməkliyi 18 Oktyabr 2019, 11:46 Qərbi Azərbaycan İcması BƏYANAT verdi: “Prezidentin bu çağırışına qoşuluruq!” 18 Oktyabr 2019, 11:25 Milli Məclis gələn həftə toplanır 18 Oktyabr 2019, 11:14 Sizin icra başçınız: Qazaxlılar Rəcəb Babaşovdan razıdırlar, narazı?.. 18 Oktyabr 2019, 11:12 Ermənilər Qarabağda top atışları həyata keçirdi - FOTOLAR 18 Oktyabr 2019, 11:01 Qaradağ və Xəzər rayonlarında qaz KƏSİLƏCƏK - SƏBƏB 18 Oktyabr 2019, 10:54 Əkrəm İmamoğludan Müstəqillik günü TƏBRİKİ - FOTO 18 Oktyabr 2019, 10:16