Modern.az

“İlham Əliyev Rusiyanı ən yaxşı tanıyan liderlərdən biridir” - Ərdoğan

“İlham Əliyev Rusiyanı ən yaxşı tanıyan liderlərdən biridir” - Ərdoğan

Aktual

25 Mart 2022, 13:54

"Qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevin bir günlük səfərində əsas mövzumuz Rusiya və Ukrayna olub. O, Rusiyanı ən yaxşı tanıyan liderlərdən biridir".

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

 

Türkiyənin dövlət başçısı bildirib ki, Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə münasibətləri hamıya məlumdur:

 

"O, bu müharibəni ən yaxşı analiz edənlərdən biridir. Bizim onunla bu mövzularda çox açıq və aydın danışmaq imkanımız oldu. Bundan əlavə, Polşa Prezidenti Dudanın, müharibə ilə bağlı addımları həqiqətən təqdirəlayiqdir. Polşa bölgədə 2 milyona yaxın qaçqına ev sahibliyi edir. Digər tərəfdən Duda hazırda Ukraynadan sonra Rusiyanın hədəfində Polşanın da ola biləcəyini düşünür. Təbii ki, özünə uyğun olaraq bütün lazımi tədbirləri görür, buna məcburdur. Məsələn, bu gün Bayden Polşaya gedir. Təbii ki, Ukrayna NATO ölkəsi deyil, Polşa isə NATO ölkəsidir. Polşanın bizimlə dialoqları çoxdur". 

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 10-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır