Modern.az

Qazaxıstan prezidentinin qızı Azərbaycana dəvətnamə göndərib

Qazaxıstan prezidentinin qızı Azərbaycana dəvətnamə göndərib

1 Mart 2010, 11:27

“Yeddi Dövlət – Bir Millət” Kültür və Dayanışma Dərnəyi Türk Cümhuriyyətləri baş təmsilçisi və CASCFEN sədri Azər Həsrət bu il aprel ayının 27-28-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək 9-cu Avrasiya Media Forumuna dəvət edilib. Bi barədə Modern.az-a Azər Həsrət məlumat verib. Forumun Təşkilat Komitəsinin rəhbəri, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızı Dəriğə Nazarbayevanın adından daxil olan dəvətdə qeyd edilir ki, hər ilin aprel ayında keçirilən və dünyanın ən vacib məsələlərinin dartışılmasına səhnə olan forumun builki toplantısında əsasən “Qazaxıstanın ATƏT-ə sədrliyi və bunun faydaları, İranın siyası mədəniyyəti və onun Yaxın Şərqdəki rolu, media qanunvericiliyi və azadlığı, KİV-in “qorxu” yayma hallarının genişlənməsi, sosial şəbəkələrin inkişafı və vətəndaş jurnalistikası, siyasi etika və imic məsələləri və s.” dartışma mövzusu olacaq.

Azər Həsrət deyib ki, bir qayda olaraq dünyanın 60-dan çox ölkəsinin öndə gələn 500-dən artıq siyasət və media nümayəndəsinin qatıldığı forumda dövlət və hökumət rəhbərləri, media magnatları, iş adamları və ictimai fəallar iştirak edir. Dəvətdə qeyd edildiyinə görə, builki tədbirdə də yüksək təmsilçilik gözlənilməkdədir.
Onu da əlavə edək ki, Azər Həsrət Dəriğə Nazarbayevanın dəvətlisi olaraq Avrasiya Media Forumunun 2003-2004-cü illərdə təşkil edilən 2-ci və 3-cü toplantılarına əsas məruzəçilərdən biri kimi qatılıb. Bu təcrübənin faydalı olduğunu düşünən baş təmsilçi builki toplantıya da böyük məmnuniyyətlə qatılmaq fikrindədir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub