Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov 84 yaşında dünyasını dəyişib.
Bu barədə Modern.az-a eks-prezidentin köməkçisi Qulu Həsənoğlu məlumat verib.
Onun sözlərinə görə, A.Mütəllibov təxminən bir saat əvvəl vəfat edib.
"Sabah vida mərasiminin təşkil ediləcəyi gözlənilir" - Qulu Həsənoğlu deyib.
Qeyd edək ki, Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. 1992-ci il martın 6-da vəzifəsindən istefa verib. O vaxtdan 2012-ci ilə qədər Moskvada yaşayıb. 2012-ci ildə Azərbaycana qayıdıb.