Modern.az

"İranda Azərbaycana qarşı fəaliyyət göstərən elə qüvvələr var ki..."

"İranda Azərbaycana qarşı fəaliyyət göstərən elə qüvvələr var ki..."

1 Mart 2010, 12:02

Prezident Adminstrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında İran-Azərbaycan münasibətlərinə toxunub.ş Əli Həsənov deyib ki, İranda Azərbaycana qarşı fəaliyyət göstərən elə qüvvələr var ki, iki dövlət arasında münasibətlərin normal olmasında maraqlı deyillər və onun pozulması istiqamətində cəhdlər göstərirlər.

İranda Azərbaycan bayraqlarının yandırılmasına münasibət bildirərkən Ə.Həsənov deyib ki, “Azərbaycan tərəfi olaraq belə cəhdlərin qarşısının alınması üçün fəaliyyət göstəririk". O, qarşı tərəfdən belə cəhdlərin qarşısının alınması üçün kifayət qədər tədbir görülməməsindən təəssüflənib.

Ə.Həsənovun sözlərinə görə, İranın Azərbaycanda yayımlanan "Səhər" telekanalının ayrı-ayrı verilişləri Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirməyə, dövlətin həyatında baş verən prosesləri inkar etməyə, mahiyyətini dəyişməyə və saxtalaşdırmağa xidmət edir. Prezident Adminstrasiyasının rəsmis qonşu dövlətlərlə normal münasibətlərin saxlanmasının Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olduğunu deyib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi