Modern.az

Bu hərbçilərin sağlamlıq durumu yoxlanılacaq

Bu hərbçilərin sağlamlıq durumu yoxlanılacaq

Aktual

28 Mart 2022, 15:15

“Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə qatılan şəxsi heyət sağlamlıq baxımından yararlı olmalıdır.

 

Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsində qeyd edilib. 

 

Layihəyə əsasən, şəxsi heyət göndərən ölkələrin nümayəndələrinin sağlamlıq durumu ev sahibi ölkə tərəfindən yoxlanılacaq.

 

Eyni zamanda şəxsi heyət göndərən ölkə təlimin başlanmasından 10 gün əvvəl təlimdə iştriak edəcək şəxsi heyətin sağlamlıq vəziyyətlərini təlimdə iştriak üçün əlverişli olduğunu bildirən tibbi arayış göndərəcək. Ölkə təlimdə iştirak edən şəxsi heyətinə ÜST-ün müəyyən etdiyi peyvəndlərin ev sahibi olan dövlətə girişdən əvvəl vurulmasını təmin edəcək. Bu məqsədlə ÜST-ün müəyyən etdiyi vurulan peyvəndlərin qeyd olunduğu standart peyvənd kitabçaları şəxsi heyətin üzərində olmalıdır. Göndərən ölkənin şəxsi heyəti əvvəlcədən müəyyən edilmiş yerdəyişmə müddəti üçün kifayət edəcək miqdarda dərman və ləvazimatı özləri ilə götürməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır